...

Azərbaycanın çiyələk ixracından gəlirləri məlum olub

İqtisadiyyat Materials 31 İyul 2025 17:39 (UTC +04:00)
Azərbaycanın çiyələk ixracından gəlirləri məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, çiyələk ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon ABŞ dolları və ya 20% artıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 22,5 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti