...

Azad edilmiş ərazilərdə hotellərin ƏDV-ni geri qaytarması imkanları dəyərləndirilib

Turizm Materials 31 İyul 2025 16:41 (UTC +04:00)
Azad edilmiş ərazilərdə hotellərin ƏDV-ni geri qaytarması imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib.

Məlumata əsasən, tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən, rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, o cümlədən, vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti