...

Kamçatka zəlzələsindən sonra Çilidə nəhəng sunamilər müşahidə olunur

Dünya xəbərləri Materials 31 İyul 2025 09:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kamçatka bölgəsində baş vermiş güclü zəlzələ və yeraltı təkanlardan sonra Çili sahillərinə 2,5 metrə qədər hündürlükdə olan sunamilər daxil olub.

Trend xəbər verir ki, bu barədə Çilinin Milli Təbii Fəlakətlərlə Mübarizə Xidməti məlumat yayıb.

Məlumata görə, ən hündür dalğalar Çilinin Borekuk adlı yaşayış məntəqəsində qeydə alınıb (2,5 m). Çilinin şimalında yerləşən Arika adlı yerdə isə dalğaının hündürlüyü 1,1 metrə çatıb.

Xatırladaq ki, iyulun 30-da Rusiyanın Kamçatka bölgəsində 8,8 bal gücündə zəlzələ və ardınca 30-a yaxın yeraltı təkan qeydə alınıb. Seysmik aktivlik sakit okean sahillərində sunamilərin formalaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti