Bakı. Trend:
Xaçmazda sürücü avtomobillə hərəkətdə olarkən infarkt keçirib öldü.
Trend-in məlumatına görə, hadisə iyulun 30-da Xaçmaz-Quba yolunun 1-ci kilometrində qeydə alınıb.
Belə ki, Rövkət Yunusov idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirərək sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.