...

Kamboca Tailanddan əsir götürülmüş əsgərlərinin azad edilməsini tələb edir

Dünya xəbərləri Materials 31 İyul 2025 09:59 (UTC +04:00)
Kamboca Tailanddan əsir götürülmüş əsgərlərinin azad edilməsini tələb edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamboca hökuməti atəşkəsdən bir neçə saat sonra Tailand qüvvələri tərəfindən əsir götürülmüş 20 əsgərinin qatarılmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Kamboca Milli Müdafiə Nazirliyinin rəsmisi Mali Soçeataya istinadən məlumat yayıb.

Nazirliyin sözçüsü əsir götürülmüş hərbçilərin ən qısa zamanda sağ-salamat evlərinə qayıtması üçün əllərindən gələni edəcəklərini qeyd edib.

“Biz Tailandı 20 nəfərlik şəxsi heyətin hər birini tez bir zamanda Kambocaya qaytarmağa çağırırıq”, - deyə Soçeataya vurğulayıb.

Tailanddan olan rəsmilər isə əsgərlərin yalnız müvafiq hüquqi prosesin yekunlaşmasından sonra Kambocaya təhvil veriləcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti