...

Londonda bıçaqlı cinayətlərin sayı 60 faiz artıb

Dünya xəbərləri Materials 30 İyul 2025 21:46 (UTC +04:00)
Londonda bıçaqlı cinayətlərin sayı 60 faiz artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son üç ildə Londonda bıçaqla törədilən cinayətlərin sayı təxminən 60 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Britaniyada fəaliyyət göstərən “Policy Exchange” beyin mərkəzinin yeni təhlilində qeyd olunub.

Araşdırmaya əsasən, paytaxtın ən təhlükəli bölgəsi kimi Vest End göstərilir. Belə ki, Londonda baş verən hər 15 bıçaqlı hücumdan biri məhz bu ərazidə qeydə alınır.

Vest Enddə ümumilikdə 108 bıçaqlı hücum baş verib ki, bu göstərici Londonun ən təhlükəsiz sayılan 716 ayrı-ayrı bölgəsinin ümumi göstəricisindən daha yüksəkdir.

Xəbər lenti

Xəbər lenti