Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
Trend-in məlumatına görə, “Şkendiya” II təsnifat mərhələsində güclü rəqibi – Rumıniya təmsilçisi FCSB-ni hər iki oyunda məğlub edərək (1:0, 2:1) böyük sürprizə imza atıb. Şimali Makedoniya çempionu turnirə I mərhələdən start verib və Uelsin TNS komandası üzərində əlavə vaxtda qələbə qazanaraq (0:0, 2:1) növbəti mərhələyə yüksəlib.
III təsnifat mərhələsinin ilk oyunu avqustun 5-6-da Şimali Makedoniyada keçiriləcək. Cavab görüşü isə avqustun 12-də Bakıda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu iki oyunun nəticəsinə görə məğlub edib – 3:0 səfərdə, 1:0 evdə.