...

Trampın xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edəcək

Dünya xəbərləri Materials 30 İyul 2025 17:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzza bölgəsindəki humanitar böhranı müzakirə etmək məqsədilə bu gün İsrailə rəsmi səfər edəcək.

Trend xəbər verir ki, bu barədə “Axios” nəşri Ağ Evdən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Uitkoffun son 3 həftə ərzində İsrailə ilk səfəri olacaq. Səfərə səbəb HƏMAS-la İsrail hökuməti arasında danışıqların dalana dirənməsidir.

“Uitkoff, eyni zamanda, Qəzzaya yollana və orada Qəzza humanitar yardım Fondunun mərkəzinə baş çəkə bilər”, - deyə materialda qeyd olunur.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının rəhbəri regionun dinc əhalisinə yardımın daha səmərəli göstərilməsi üçün Qəzzanın humanitar vəziyyətini araşdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti