...

ABŞ-də yanacaq şirkətinə aid zavod partlayıb: 3 işçi yoxa çıxıb

Dünya xəbərləri Materials 30 İyul 2025 12:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nebraska ştatında “Horizon BioFuels” yanacaq şirkətinə məxsus zavodda partlayış baş verib.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, partlayışdan sonra 3 nəfər itkin düşüb.

Frimont rayon yanğın-mühafizə xidmətinin rəisi Todd Berntin dediyinə görə, əvvəl yanğınsöndürənlər içəri daxil olmağa çalışıb, ancaq əyilmiş polad konstruksiyaların çökməsi səbəbindən bu mümkün olmayıb.

Partlayış anında binada üç nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti