...

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib

Siyasət Materials 30 İyul 2025 12:44 (UTC +04:00)
Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Trend bu barədə Rusiya DİN-ə istinadən xəbər verir.

Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakin onun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrə axtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, 27 iyun səhəri Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların evlərində reydlər keçirib. Reydlər zamanı iki azərbaycanlı – qardaşlar Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Yekaterinburqda öldürülən Səfərov qardaşlarının meyitləri üzərində aparılan ekspert müayinəsi zamanı onların bədənlərində çoxsaylı xəsarət izləri aşkar edilib. Bu məsələ ilə bağlı Azərbaycanda cinayət işi başlanıb və bunun üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.

Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Saxalinsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb və daha sonra sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti