Bakı. Trend:
2015-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib.
Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov müsahibəsində bildirib.
O bildirib ki, təkcə 2025-ci ilin I yarısı ərzində isə sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun da təxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür: "Ötən ilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4% artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi iş yeri yaradılıb”.
“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları iqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır. Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədə yeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımov qeyd edib.