Bakı. Trend:
Tailandın Buri əyalətində pirotexnik vasitələrin istehsal olunduğu zavodda baş vermiş partlayış nəticəsində 9 nəfər həyatını itirib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində daha 2 nəfər xəsarət alıb. Partlayış yerli vaxtla 11:10 –da baş verib.
Hadisə yerinə dərhal xilasedicilər səfərbər olunub, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.