...

Tailandda güclü partlayış törədilib

Dünya xəbərləri Materials 30 İyul 2025 14:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamboca ilə siyasi-hərb gərginlik fonunda Tailandın cənubunda yerləşən Narathivat əyalətində törədilmiş güclü partlayış nəticəsində 6 nəfər o cümlədən polis əməkdaşları yaralanıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hücum partlayıcı qurğu vasitəsilə həyata keçirilib.

“Narathivatda Sunqay-Padi rayonunda güclü partlayış baş verib. Polis və kənd sakinləri yaralanıb...Hal-hazırda polis əməkdaşları öz əsas vəzifələrini yerinə yetirirlər – təhlükəsizliyin təmin olunması məqsədilə hadisə yerində nəzarət-buraxılış məntəqələri və müvəqqəti çəpərlər qururlar”, -məlumatda qeyd edilib.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, əsas şübhələr krallığın cənubunda fəaliyyət göstərən separatçılara yönəlib. Həmin separatçılar 70-ildən çoxdur ki, bölgədən ayrılıb, Narathivat, Pattani və Yala əyalətlərinin ərazisində sultanlıq yaratmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti