Bakı.Trend:
2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir.
Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, 2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir:
"Məktəbəqədər təhsilmüəssisələrinə qeydiyyatın başlandığı 18 iyultarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbulolunması ilə bağlı valideynlərə sms göndərilib. Bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir.
Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub. 2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir".
İ.Rəsulova qeyd edib ki, 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir:
"Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissə isə valideyn tərəfindən ödənilir. Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır. Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boşqruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub".
"İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır. Bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsilmüəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətəbaşlaması planlaşdırılır", -İ.Rəsulova deyib.