Bakı. Trend:
Müştərilərinə daha sürətli və rahat xidmət təqdim etmək məqsədilə Yelo Bank daha bir rəqəmsal filialını istifadəyə verib. Sarayevo küçəsi, 33b (Əhmədli m/s-ın yaxınlığı) ünvanında yerləşən yeni filial, parlaq interyeri və müasir bankçılıq həlləri ilə müştərilərin xidmətindədir.
Bankın bir çox xidmət mərkəzi kimi Əhmədli filialı da rəqəmsal konseptlidir. Ənənəvi bank filiallarından əsas üstünlüyü müştərilərə zaman qazandırması və yüksək rahatlıq təmin etməsidir. Burada müştərilər kart alışı, kreditin təsdiqlənməsi, əmanət hesabı açılması kimi əsas bank əməliyyatlarını tamamilə onlayn və çevik həyata keçirə bilərlər.
Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova yeni filial barədə öz fikirlərini səsləndirib: “Yelo Bank olaraq əsas hədəfimiz bank xidmətlərini hər kəs üçün daha əlçatan və rahat etməkdir. Rəqəmsal filial konseptimiz də bizə daha sürətli, ağıllı və inklüziv maliyyə xidmətləri təqdim etməyə imkan verir.
Əsas məhsullarımızı rəqəmsallaşdırmaqla bərabər, filialdakı xidmətləri də optimallaşdıraraq, daha sürətli və minimum kağız istifadə edilən formaya gətiririk. Hər iki istiqamət bir-biri ilə sıx bağlıdır və müştəri məmnuniyyətinin artırılmasında mühüm rol oynayır. Kredit, kart və əmanət hesabı açmaq kimi əsas xidmətlər tamamilə onlayn – “end-to-end” şəkildə təqdim olunur. Digər rəqəmsal filiallarımız kimi Əhmədli filialı da əhalinin gündəlik ehtiyaclarına uyğun fəaliyyət göstərməklə bərabər, rəqəmsal vərdişlərin inkişafına töhfə verəcək”.
Bununla yanaşı, Yelo Bank artıq ölkənin bir neçə regionunda eyni konseptli müasir xidmət məntəqələrini istifadəyə verib. Ağcabədi, Xaçmaz, Qəbələ, Masallı, Tovuz və Şamaxı kimi regionlarda da müştərilərin rəqəmsal bankçılıq xidmətlərindən faydalanması mümkündür. Hazırda Yelo Bank paytaxt və regionlarda 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədən mikro
kredit haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!