...

Tramp ilin sonunadək Si Cinpinlə görüşməyi istisna etməyib

Dünya xəbərləri Materials 30 İyul 2025 00:40 (UTC +04:00)
Tramp ilin sonunadək Si Cinpinlə görüşməyi istisna etməyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə şəxsi görüşün ilin sonuna qədər baş tutma ehtimalını istisna etməyib.

Trend-in məlumatına görə, Tramp bu barədə Aberdindən Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə açıqlama verib.

“O, görüşmək istəyir, mən də bu görüşü səbirsizliklə gözləyirəm. Düşünürəm ki, görüş ilin sonuna qədər baş tuta bilər”, – deyə Tramp qeyd edib.

Bununla yanaşı, Ağ Evin rəhbəri bildirib ki, İsveçdə ABŞ və Çin nümayəndələri arasında ticarət məsələləri ilə bağlı aparılan danışıqlar çox uğurlu keçib.

Xəbər lenti

Xəbər lenti