Bakı. Trend:
“Mançester Siti” Ceyms Traffordu transfer edib.
Trend xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “şəhərlilər” “Börnli”nin qapıçısının keçidini rəsmi şəkildə elan ediblər. Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Transferin məbləği 27 milyon funt sterlinq təşkil edir. Trafford “Mançester Siti”nin yetirməsidir. O, klubun akademiya sistemində 2015–2023-cü illər arasında çıxış edib.
Ötən mövsüm Çempionşipdə o, 45 oyun keçirib və cəmi 16 qol buraxıb.