Bakı. Trend:
Avstraliya hökumətinin qərarına əsasən dekabr ayından etibarən “YouTube” platforması və sosial şəbəkələrdə yaşı 16-dan az olan vətəndaşların hesabları bloklanacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yaş məhdudiyyətləri ilə bağlı yeni qaydalara dekabrın 10-dan etibarən qüvvəyə minir və “Instagram”, “Tiktok”, “Facebook”, “TikTok” və digər sosial şəbəkələr, həmçinin “Youtube” video-paylaşım platforması hökumətin bununla bağlı tələblərini yerinə yetirməyəcəyi təqdirdə 50 milyon Avstraliya dollarına qədər məbləğdə cərimə olunacaqlar.
Yeni qaydalara görə, uşaqlar "YouTube"a daxil ola bilsələr də, onların şəxsi "YouTube" hesabları və ya kanalları olmayacaq.