...

Azad edilmiş ərazilərdə İZİA-nın inzibati binalarının açılışı olacaq

İqtisadiyyat Materials 30 İyul 2025 14:14 (UTC +04:00)
Azad edilmiş ərazilərdə İZİA-nın inzibati binalarının açılışı olacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov müsahibəsində bildirib.

E. Kazımov Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən sənaye zonalarında əldə olunan nəticələr, eləcə də yaxın dövr üzrə yeniliklərlə bağlı bunları qeyd edib: “Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə iki sənaye parkı fəaliyyət göstərir. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkıdır. Hazırda bu iki sənaye parkında ümumilikdə 48 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Görülən işlərə 175 milyon manatdan çox investisiya yatırılıb, 1000 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Hazırda bu sözügedən sənaye zonalarında 14 müəssisə fəaliyyət göstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I yarısı daxil olmaqla bu müəssisələr tərəfindən 476 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Hazırda Ağdam və “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkında ümumilikdə 10-dan çox müəssisənin tikintisi istiqamətində işlər davam etdirilir, 20-dən çox müəssisədə isə layihələndirmə işləri görülür".

"Bu il sözügedən sənaye parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır. Həmçinin bu sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək ki, bu mərkəzlərdə sahibkarlara bankçılıq, vergi, gömrük, sosial və s. sahələrdə dəstək tədbirləri göstəriləcək”, - deyə E. Kazımov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti