Bakı. Trend:
Avqust ayının ortalarında ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşıdırılr.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ qabiliyyət imtahanları və apeliyasiyalar davam edir:
“İxtisas seçimi başlayandan sonra 10 gün davam edəcək”.
Qeyd edilib ki, magistraturaya boş qalan plan yerlərinə ixtisas seçiminin də avqustun ortalarında həyata keçirilməsi nəzərdə tutulub.