...

Xaçmazda avtomobil vuran qadın həyatını itirib

Hadisə Materials 30 İyul 2025 09:20 (UTC +04:00)
Xaçmazda avtomobil vuran qadın həyatını itirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə iyulun 29-da Xaçmaz rayonu, Çinartala kəndində qeydə alınıb.

Belə ki, Əhmədov Faiq Fazil oğlu idarə etdiyi motoblokla hərəkətdə olduğu zaman piyada Əhmədova Qəmər Abusətdar qızını vurub.

Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti