Bakı. Trend:
"Aviq" Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişir.
Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevirilir.
Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Əliyar Əsgər oğludur.
Qeyd edək ki, "Aviq" MTK-nın hazırda dövlətə 697 755 manat vergi borcu var.