Bakı.Trend:
Hər il məktəbəqədər təhsil müəssisələri məişətavadanlıqları və ləvazimatlarla təmin olunur.
Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Nazirlər Kabinetinin 171 saylı qərarı vəbeynəlxalq sənədlər əsasında “oyuncaq siyasəti” sənədi hazırlanıb:
"Sənəddə yaş qruplarına uyğun olaraq hansı növ və neçə ədəd oyuncağın təqdimolunmalı olduğu əksini tapıb. Bu sənədə əsasən bağçalara oyuncaqlar bağlama şəklində təqdimedilib. Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir. Artıq iki ildir ki, qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur. Uşaqlarıngündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir".
O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib:
"900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır".