...

Ağcabədidə yol qəzasında xəsarət alan sürücünün SON VƏZİYYƏTİ (YENİLƏNİB)

Hadisə Materials 30 İyul 2025 11:43 (UTC +04:00)
Ağcabədidə yol qəzasında xəsarət alan sürücünün SON VƏZİYYƏTİ (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

29.07.2025-ci il tarixində saat 11:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1960-cı il təvəllüdlü (kişi) şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, kəllə sümüklərinin yerdəyişən sınığı, çənə və alın dibində hematoma, başın sıyrılmış açıq yarası diaqnozu təyin edilən yaralıya ilkin tibbi yardım göstərilib və tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib:

"Hazırda pasiyentin vəziyyəti ağır qiymətləndirilir".

xxx

11:42

Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Ağcabədi şəhər ərazisində baş verib.

Belə ki, Munis İbrahimov idarə etdiyi "VAZ"2106 markalı 02 BZ 936 dövlət nömrəli avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton səddə və işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü M.İbrahimov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti