...

İndoneziyada sunami həyəcanı elan olunub

Dünya xəbərləri Materials 30 İyul 2025 11:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Kamçatka yarımadasında baş verən güclü zəlzələlərdən sonra İndoneziya höküməti sakinləri sunami təhlükəsi ilə bağlı xəbərdar edib.

Trend xəbər verir ki, bu barədə İndoneziyanın meteorologiya, iqlimşünaslıq və geofizika agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələdən sonra ada ölkənin sahilyanı ərazilərində 50 sm-ə qədər hündürlükdə sunami baş verə bilər.

Qurum həmin ərazilərdə yaşayan sakinləri təşvişə düşməməyə və növbəti bildirişə qədər sahil xəttinə yaxınlaşmamağa çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Kamçatkada 8,7 bal gücündə zəlzələ və ümumilikdə 30 yaxın güclü yeraltı təkan baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti