...

Yaponiyada ardıcıl zəlzələlərdən sonra sunami baş verib

Dünya xəbərləri Materials 30 İyul 2025 09:42 (UTC +04:00)
Yaponiyada ardıcıl zəlzələlərdən sonra sunami baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın şimalında və şərqində baş vermiş güclü zəlzələdən sonra ölkənin sularından 50 sm hündürlükdə sunami qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, sunami Honsyu adasının Miyaqi prefekturasının İsinomaki limanında yerli vaxtla 11:51-də qeydə alınıb. Hokkaydo adasının şərqində isə sunaminin hündürlüyü 30sm təşkil edib.

Bundan əvvəl Yaponiya meteoroloji agentliyi, sahilyanı ərazilərdə yaşayan sakinləri 8,8 bal gücündə zəlzələdən sonra 3 metrə qədər hündürlükdə sunaminin gözlənildiyi barədə xəbər vermişdi. Hokkaydo və Vakayama prefekturalarının sakinlərinə yüksək ərazilərə sığınmaları tövsiyə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti