...

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

Cəmiyyət Materials 30 İyul 2025 15:39 (UTC +04:00)
121 min uşağın birinci sinfə qəbulu tamamlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, 2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib.

O bildirib ki, indiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb:

"Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsilmüəssisələrinə sorğularını yerləşdirə bilər".

"Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər",, - N.İsmayılbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti