...

Bu il 41 bağça müdiri işdən çıxarılıb

Cəmiyyət Materials 30 İyul 2025 15:31 (UTC +04:00)
Bu il 41 bağça müdiri işdən çıxarılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib:

"Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır"

O qeyd edib ki, Agentlik və yerli təhsili idarəetmə orqanlarıtərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibatiişlər yoxlanılır:

"2025-ci ilin yanvar ayından etibarənmüxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub".

Xəbər lenti

Xəbər lenti