Bakı. Trend:
İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirdiyi cərrahiyə əməliyyatlarının əsas hissəsi özəl tibb müəssisələrində icra edilib.
Trend bu barədə Hesablama Palatasının İcbari Tibbi Sığorta Fondunun auditinin nəticələrinə dair məlumatına istinadən xəbər verir.
“TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam həyata keçirilməsi, o cümlədən, dərman və tibbi sərfiyyatla təmin edilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən, dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxu özəl tibb müəssisələrində icra edilib, - deyə məlumatda qeyd edilib.