...

Aİ ölkələrinin orduları NATO tələblərinin yalnız 50 faizinə cavab verir - Avrokomissar

Dünya xəbərləri Materials 30 İyul 2025 11:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ölkələrinin orduları NATO tələblərinin yalnız 50 faizinə cavab verir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının müdafiə məsələləri üzrə ali komissarı Andrüs Kubilyus “Euractiv” portalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa ordusu NATO-nun müəyyən etdiyi hədəflər üçün zəruri olan resursların yalnız yarısına malikdir.

“Euractiv” portalının yazdığına görə, Avropa Komissiyası hərbi xərclərin artırılması üzrə plan hazırlayır.

Qurum həmçinin.ş Aİ ölkələrini silahların alınması üçün 150 milyard avroluq kredit xəttini nəzərdə tutan SAFE planından yararlanmağa təşviq edir.

Kubilyus əlavə edib ki, bu payız Avropa Komissiyası Böyük Britaniya, Norveç və Ukraynanın qoşulacağı Avropa Müdafiə Birliyi layihəsinin həyata keçirilməsinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti