Bakı.Trend:
2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrəkeçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənədqəbulu 29 iyul – 4 avqust tarixlərində aparılacaq:
"Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur. Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmunvə metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər.
Bildiririk ki, indiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb. Üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir".
O qeyd edib ki, hazırda müdirvəzifəsi üzrə 340 yer vakantdır:
"Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digərmühüm sahələr üzrə seminarlar keçirilir. Qeyd edirik ki, bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğur qazanaraq fəaliyyətə başlayıb".