Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.
Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilib.
Bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib", - deyə məlumatda qeyd edilib.