...

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının gələcək illərdə daha da genişlənəcəyinə ümid edirik - Moti Yeger

İqtisadiyyat Materials 30 İyul 2025 10:55 (UTC +04:00)
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının gələcək illərdə daha da genişlənəcəyinə ümid edirik - Moti Yeger
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının gələcək illərdə daha da genişlənəcəyinə ümid edirik.

Trend xəbər verir ki, bunu İsrailin “Technion” Texnologiya İnstitutunun Baş direktoru Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı deyib.

O, əvvəlcə İsrailin “Technion” Texnologiya İnstitutunun yeni Baş direktoru kimi hər iki ölkə üçün əhəmiyyətli olan bu tədbirdə iştirak etməyin böyük şərəf olduğunu bildirib: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutu tərəfindən birgə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi artıq 380 kibertəhlükəsizlik mütəxəssisi yetişdirib.

Hər qrupda 100 nəfər məzun yer alır və onların bir çoxu bu gün Azərbaycanın böyüyən kiberekosistemində əsas vəzifələrdə çalışırlar.

Sürətli texnoloji dəyişiklik dövründə yaşadığımızı vurğulayan direktor qeyd edib ki, süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik sürətlə inkişaf edir: "Bu alətlər böyük imkanlar təqdim edir, lakin onları ehtiyatla və məsuliyyətlə istifadə etmək lazımdır.

"Technionda biz inanırıq ki, bilik açıq olmalıdır, lakin onun istifadəsi müdrik şəkildə həyata keçirilməlidir.
Buna görə də biz diqqətimizi bacarıqlı peşəkarların hazırlanmasına yönəldirik. Onlar bizim hamımızın güvəndiyi rəqəmsal dünyanı qoruya bilərlər".

"İsrail və Azərbaycan arasındakı əlaqə bizim üçün həm strateji, həm də dostcasına bir münasibətdir. Biz birlikdə çalışmaqdan qürur duyuruq, ümid və inamla bu proqramın gələcək illərdə genişlənəcəyinə inanırıq", - deyə M. Yeger fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti