...

Tailand Kamboca ordusunu atəşkəsi pozmaqda ittiham edir

Dünya xəbərləri Materials 30 İyul 2025 10:30 (UTC +04:00)
Tailand Kamboca ordusunu atəşkəsi pozmaqda ittiham edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand xarici işlər nazirliyi Kamboca silahlı qüvvələrinin təmas xəttində yenidən atəşkəsi pozduğunu bəyan edib.

Trend xəbər verir ki, qurumun müvafiq bəyanatı XİN-in rəsmi saytında dərc olunub.

Bəyanatda qeyd olunur ki, 2025-ci il iyulun 29-da gecə saatlarında, Tailand və Kamboca arasında atəşkəs razılaşmasının əldə olunmasından cəmi bir sutkadan az müddət sonra, Sisaket vilayətində yerləşən Phu-Makua ərazisindəki Tailand hərbi mövqeləri Kamboca qoşunları tərəfindən atıcı silahlar və qumbaralardan istifadə olunmaqla hücuma məruz qalıb.

Hücum 2025-ci il iyulun 30-u səhərə qədər davam edib.

Qeyd edək ki, Tailand və Kamboca arasında baş verən toqquşmalarda azı 35 nəfər həlak olub, 300 mindən çox insan təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti