Bakı. Trend:
Bu gün Yaponiyada ölkədə hidrometeoroloji müşahidələrin aparılmağa başladığı vaxtdan bəri ölkə tarixinin ən isti günü qeydə alınıb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, rekord hərarət Hyoqo prefekturasının Tamba şəhərində qeydə alınıb. Belə ki, termometrlərin şkalası 41,2 dərəcə selsini göstərib. Buna qədər ən yüksək temperatur göstəricisi 2018-ci ildə Saitama prefekturasında qeydə alınmışdı (41,1 dərəcə selsi).
Hərarət dalğası ilə əlaqədar Yaponiyanın 47 prefekturasından 33-də həyəcan təbili çalınıb. Yerli hökumət vətəndaşları imkan daxilində sərin məkanlarda qalmağa, çoxlu maye və duzlar qəbul etməyi, bayırda işləyən zaman müntəzəm fasilələr götürməyə çağırıb.