...

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib

Cəmiyyət Materials 30 İyul 2025 09:39 (UTC +04:00)
Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib.

Trend-in məlumatına görə, aprelin 4-də saxta sənədlərlə Türkiyədən Azərbaycana keçməyə cəhd edən türk vətəndaşının məhkəməsi keçirilib.

Belə ki, təqsirləndirlən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək üçün özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə Respublikasına məxsus pasportu qəsdən, qanunsuz olaraq əldə edib.

O, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sədərək rayonunda yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gəlib. Həmin gün saat 20:20 radələrində saxta pasportu sərhəd nəzarətinə təqdim etməklə qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edib.Llakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün cinayət əməlini başa çatdıra bilməyib.

Sədərək rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci, 320.2-ci və maddələri ilə ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti