...

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi (VİDEO)

Hadisə Materials 30 İyul 2025 14:23 (UTC +04:00)
Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən xəbərə görə, ilkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, “Mercedes” markalı, “77-DH-906” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.

Bildirilib ki, baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür.

“Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.

Unutmayın: sükan arxasında bir anlıq yuxu geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti