...

Qabil Məmmədov barəsində məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 30 İyul 2025 15:28 (UTC +04:00)
Qabil Məmmədov barəsində məhkəmə hökmü çıxarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.

Qabil Məmmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti