Bakı. Trend:
İyul ayının sonunda Polşa Respublikasının Bakıdakı səfirliyinin hərbi attaşe vəzifəsində dəyişikliklər olub.
Bu barədə Trend səfirliyə istinadən xəbər verir.
Belə ki, Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını bitirərək vəzifəsini polkovnik Arkadiuş Şlonjekə (Szlążek) təhvil verib.