...

Azərbaycanın avtobus sifarişləri artır: prioritet ölkələr hansılardır? (SİYAHI)

İqtisadiyyat Materials 30 İyul 2025 16:35 (UTC +04:00)
Azərbaycanın avtobus sifarişləri artır: prioritet ölkələr hansılardır? (SİYAHI)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 125 ədəd avtobus (sıxılmaqdan alışan daxili yanma mühərrikləri (dizel və ya yarımdizel) ilə) gətirilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtobusların idxalının dəyəri 8,3 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 27 ədəd və ya 27,5%, dəyər ifadəsi ilə isə 2,3 milyon ABŞ dolları və ya 38,9% çoxdur.

Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd avtobusun orta qiyməti 66,3 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycanın avtobus idxal etdiyi ölkələrin siyahısı:

Ölkələr

Miqdar (Ədəd)

Məbləğ (Min ABŞ dolları)

Rusiya

8

164,59

Çin

35

2028,62

Koreya Respublikası

50

2570,95

Türkiyə

15

1350,09

Yaponiya

3

201,15

Almaniya

9

1696,81

İtaliya

5

278,85

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakıda avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. Məlumata görə, hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti