Bakı. Trend:
Bu ilin iyul ayının 1-nə Azərbaycanda manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 18,45% təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə milli valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi əvvəlki ayla müqayisədə 0,45 faiz bəndi azalıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,42 faiz bəndi artıb.
Eyni zamanda, cari ilin iyulun 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,35% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,24 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,43 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq 28,472 milyard manat olub.