Bakı. Trend:
Braziliyada fəaliyyət göstərən enerji şirkətləri ABŞ-nin 50 faizlik idxal rüsumları tətbiq etmək qərarından sonra bu ölkəyə neft ixracını dayandırıblar.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi Braziliya Neft və Qaz İnstitutunun (IBP) rəhbəri Roberto Ardenqinin bəyanatına istinadla məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu həftə Braziliyadan idxala yeni tariflərin tətbiqi haqqında fərman imzalayıb. Sənəddə qeyd olunur ki, rüsumlar ABŞ maraqlarına təhlükə yarada biləcək hərəkətlərə cavab olaraq tətbiq olunub.
IBP ölkədə fəaliyyət göstərən "Petrobras", "Shell", "TotalEnergies", "ExxonMobil" və "Equinor" kimi böyük enerji şirkətlərini təmsil edir.
Qeyd edək ki, neft ABŞ bazarı üçün Braziliyanın əsas ixrac məhsulu olaraq qalır. Yeni tarif qərarı iki ölkə arasında enerji ticarətinə ciddi təsir göstərə bilər.