Bakı. Trend:
Kanadanın qərbində yelrəşən Britaniya Kolumbiyası əyalətinin sakinləri nəzarətdən çıxan meşə yanğınları ilə əlaqədar kütləvi şəkildə köçürülür.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, xüsusilə yanğın ocağına ən yaxın olan Okanaqan dairəsində 400 yaşayış evinin sakinlərinin icbari təxliyəsi əmr olunub. Həmin dairədə artıq bir neçə avtomagistral alovun mühasirəsinə düşdüyündə, bir çox yerlərdə nəqliyyatın hərəkəti iflic olub. Yanğının söndürülməsinə aviasiya və ağır texnika cəlb olunub.
Zərərçəkənlər barədə məlumat verilmir.