Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Azərbaycan təmsilçiləri "Sabah", "Araz-Naxçıvan" və "Zirə" meydana çıxacaqlar.
Trend xəbər verir ki, "Sabah" klubu Bakıda "Petrokub"u qəbul edəcək. İlk oyunda təmsilçimiz 3:1 hesabı ilə qələbə qazanıb.
"Araz-Naxçıvan" səfərdə Kipr "Aris"i ilə qarşılaşacaq. İlk görüşdə 2:1 hesablı qələbə əldə edib.
"Zirə" isə Xorvatiyada "Hayduk"un qonağı olacaq. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu oyunların nəticəsinə əsasən III təsnifat mərhələsinə yüksələn komandalar müəyyənləşəcək. Mərhələnin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə avqustun 15-də keçiriləcək.
20:00, "Sabah" - "Petrokub";
22:15, "Aris" - "Araz-Naxçıvan";
23:00, "Hayduk" - "Zirə".