Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 27,5 milyon ABŞ dolları dəyərində kartof ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.
Məlumata görə, kartofun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 34,1% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 20,5 milyon ABŞ dolları dəyərində kartof ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.