Bakı. Trend:
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun korrupsiya işi üzrə istintaqa cəlb olunması məqsədilə onun məcburi şəkildə dindirilməsinə dair order verib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, məcburi dindirmə üçün istintaq təcridxanasına xüsusi prokurorun köməkçisi və sıravi prokuror göndərilə bilər.
Qeyd edir ki, hətta bu halda belə, Yun Sok Yol ifadə verməkdən imtina və susmaq hüququndan istifadə edə bilər.