...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib (VİDEO)

Cəmiyyət Materials 31 İyul 2025 18:36 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Xəbər lenti

Xəbər lenti