Bakı. Trend:
Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə 130.662 milyard manat (76.860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin 1 iyul tarixinə Azərbaycanən xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon ABŞ dolları və ya 2,4 faiz azalıb.
"2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.. 2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb", - deyə məlumatda qeyd edilib.