...

Kürdə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 1 Avqust 2025 09:44 (UTC +04:00)
Kürdə batan şəxsin meyiti tapılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 20-də Kürdə batan şəxsin meyiti iyulun 31-də tapılıb.

Trend-in məlumatına görə, 1987-ci il təvəllüdlü Bərdə şəhər sakini Sənan Əliyevin meyiti ötən gün saat 23:20 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, S.Əliyev iyulun 20-d saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti