Bakı. Trend:
Bu gün İranda yerli vaxtla saat 12:19-da Xəzər dənizində İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu yaxınlığında 3,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 10 km dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.